Haqqımızda

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi müəssisədə çalışan əməkdaşların sosial-iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir.
Komitənin əsas fəaliyyəti ittifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, əmək münasibətlərinin düzgün tənzimlənməsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, eyni zamanda maarifləndirici və mədəni, ictimai tədbirlərin keçirilməsi istiqamətlərini əlahə edir.
ADPU Həmkarlar İttifaqı Komitəsi struktur baxımından fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır, üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.
İttifaq üzvlərinin asudə vaxtlarının təşkili, sanatoriya-kurort yollayışlarının verilməsi, həssas qruplar və gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər də Komitənin əsas fəaliyyət istiqamətlərindəndir.
Komitə öz ittifaq üzvləri ilə daimi ünsiyyət saxlayır, ədalət prinsipləri əsasında, həmrəy olaraq fəaliyyət göstərir.

İttifaqın struktur genişliyi və üzv sayı
Komitə ADPU və 5 filialdan ibarət ilk həmkarlar İttifaqı təşkilatını və 2089 ittifaq üzvünü özündə birləşdirir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqı Komitəsinin fəaliyyət istiqamətləri:


